Bəzi çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ 

13:29 24.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında iyulun 24-ü axşamdan 25-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında iyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.